Demet həbs oluna bilər - Hande şikayətçidir
Tarix: 13-02-2018, 10:11


Türkiyənin iki məşhur müğənnisi – Hande Yener və Demet Akalın arasında qalmaqal böyüməyə başlayıb. 
“Qafqazinfo” xəbər verir ki, bir-birinə instaqramda söz atan, qalmaqallı açıqlama verən sənətçilər məhkəməlik olub. 
H. Yener instaqramda onu tənqid edən Akalından şikayətçi olub.  Handenin müraciətinə baxılıb və məhkəmə hökm çıxarıb. 
Qərara əsasən, Demet iki ay ərzindəhəmkarını tənqid edə bilməyəcək və əleyhinə statuslar yazmayacaq. Pop ulduz hökmü heçə saydığı təqdirdə 3 gün müddətində azadlıqdan məhrum olacaq.

Paylaş: