Kirkorov Bakıya 1 günlük kimin toyuna gəlib?
Tarix: 4-07-2017, 11:31



Rusiyanın xalq artisti Filipp Kirkorov Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat verib. 
Sənətçi bir günlük Bakıya gəldiyini bildirib, 1 milyon 300 minlik instaqram səhifəsində Bakıdan çəkdiyi videonu paylaşıb. Həmin görüntüləri isə sosial şəbəkədə 76 mindən çox insan izləyib.  
“Demək olar ki, bir günlük sevimli uşaqlarımdan ayrılmışam, Parisdən Bakıya gəlmişəm. Yaxın dostlarımın ad günü və toyunu təbrik etmişəm, onlarla xoş dəqiqələr keçirib, yenidən Parisə qayıtmışam”- deyə xalq artisti qeyd edib. 




Paylaş: