"Dedi ki, biz burada deputata da icazə vermirik"
Tarix: 13-02-2018, 09:29


Zaur Kamal aparıcısı olduğu “5/5” verilişində başına gələn maraqlı hadisə ilə bağlı danışıb.
 
O bildirib ki, Gürcüstanda olarkən cərimələnib. Z.Kamal gömrükdə qaydanı pozduqdan sonra polisə onu bağışlaması üçün özü barədə məlumat verərək Azərbaycanda tanınmış sima olduğunu desə də, bu fayda verməyib:
 
“Uşaqlar Gürcüstana getmişdi. Məni də aparmaq istəyirdilər. Yaxşı ki, getmədim. Azərbaycanın sərhəd keçid məntəqəsində məni tanıyırlar, “Zaur müəllim, gedin, gəlin…” deyə sevə-sevə buraxırlar. Amma Gürcüstan tərəfdən gələndə tıxac olur. Yayda gedəndə dedim, maşını çıxardım xəttdən qabağa, gəlim. Amma motosikletlə gəlib məni cərimələdilər. Özüm barədə məlumat verdim. Dedi ki, biz burada deputata da icazə vermirik, hər şey qanuna uyğun olmalıdı. Uşaqlar gedib 4 saat gömrükdə qalıblar. Dedilər, Zaur kimə tapşırtdıra bilərsən? Dedim ki, Gürcüstan tərəfdə tapşırıq mümkün deyil. Gözləyin”.

Paylaş: