Tolik Elnarə Abdullayevanın da başına tac qoydu
Tarix: 12-02-2018, 14:39



Prodüser Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində daha bir məşhurun başına tac qoyub.
 "Ölkə.Az"-ın məlumatına görə, prodüserin bu dəfə taclandırdığı əməkdar artist, tanınmış xanəndə Elnarə Abdullayeva olub. Xanəndə veriliş bitəndən sonra tacla fotolar çəkdirib və əməkaşımızla söhbətində bunları deyib:
"Əsas odur ki, insanın daxili aləmi gözəl olsun. İnsanın tacı onun abırı, isməti və namusudur. Qalan zahiri şeylərin hamısı boşdur".
Qeyd edək ki, sözügedən proqramda Tolikin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması qalmaqala səbəb olmuşdu.





Paylaş: