"Yuventus"a dəstək olan Azərbaycan gözəli
Tarix: 12-02-2018, 08:27



Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da futbol klubları, fanklublar reklam çarxlarında, tanıtımında cazibədar modellərdən yararlanır. Buna aid xeyli nümunə göstərmək olar. Elə də olur ki, modellər özləri hansısa kluba azarkeşlik edir, sevimli komandasının forması ilə foto çəkdirir, ona dəstək olur. Yəni nəticədə futbolla modanın sintezi alınır. "Azərbaycan Gözəli -2016" milli gözəllik yarışmasının qalibi Günel Ağayeva da bu cür fotoları ilə diqqəti çəkib. 
UlduzumSan.Az-ın məlumatına  görə, 5 ildi moda sənəti ilə məşğul olan, həm gözəl, həm də cazibədar bədən quruluşuna sahib  Günel “Yuventus”un formasında şəkillərini paylaşaraq bu yolla sevimli komandasına dəstək olduğunu və üzvü təklifinin “Yuventus”un ölkəmizdəki fanklubundan gəldiyini bildirib.







Paylaş: