Hicablı müğənni sosial şəbəkədə tənqid edildi. Yarışmadan uzaqlaşdı
Tarix: 10-02-2018, 12:39


Fransada səs yarışmasına qatılan və münsiflər heyətinin böyük rəğbətini qazanan Mennel Ibtissem müsabiqədən uzaqlaşıb.
Onun yarışmadan uzaqlaşmasının səbəbi Fələstini dəstəklədiyi və hicablı olduğu üçün mətbuatda və eyni zamanda sosial şəbəkədə əleyhinə aparılan kompaniya olub.
Qərarını Facebook səhifəsində yayımlayan gənc müğənni son günlərdə yaşanan gərgin mühitdən çox təsirləndiyini bildirib.
Ibtissem ona bu çətin günlərində dəstək olan hər kəsə təşəkkür edərkən, mübarizəni davam etdirəcəyi mesajını verib.
Qeyd edək ki, 22 yaşlı Ibtissem Fransız televiziya kanalı TF1-də yayımlanan “The Voice” adlı müsabiqəyə qatılaraq məşhur müğənni Leonard Koenin “Hallelujah” adlı mahnısını ingilis və ərəbcə səsləndirmişdi.
Prime-Time

Paylaş: