Bakıda gənc qız Nazın keçmiş sevgilisinə "Tarqovıy"da evlilik təklif etdi
Tarix: 10-02-2018, 10:21


Bakıda bir qrup gənc "Tarqovıy"da maraqlı oyun oynayıb.
GoldNews.az xəbər verir ki, gənclər əvvəlcə püşk atıblar. Püşkatmanın nəticəsi olaraq gənc qızdan tanımadığı bir oğlana evlilik təklifi etməsi tələb olunub. Təsadüfdən onların qarşısına Türkiyənin Star televiziyasında yayımlanan "Zühal Topalla izdivaç" verilişində məşhurlaşan rəqqas Baha Selenbaş çıxıb. Baha gənc qızın zarafatını mülayim qarşılayaraq, onun evlilik təklifinə "hə" cavabı verib.
Qeyd edək ki, Baha sözügedən verilişdə tanış olduğu azərbaycanlı gəlin namizəd Naz Mila ilə nişanlı olub.

VİDEO BURADA​​​

Paylaş: