"Əgər o olmasaydı, indiki xanəndələrin çoxu meydana çıxmazdı"- Kamil Cəlilov
Tarix: 10-02-2018, 09:45


"Bu gün də mənə deyirlər ki, Kamil müəllim, əgər siz olmasaydınız,  sizin yanıqlı qaboy ifanız olmasaydı, 20 Yanvar faciəsini çox da təbliğ etmək olmayacaqdı. Siz öz ifanızla sanki insanları yenidən düşmən üzərində yolladınız. Onlara güc, qüvvət, cəsarət verdiniz. Sağ olsunlar, hər dəfə görəndə bu kimi təşəkkürlər edir, gözəl sözlər deyirlər. İndi onların hamısı yadımda qalmayıb".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mahir qaboy ustası Kamil Cəlilov bildirib. O, sayta verdiyi geniş müsahibbəsində bir çox məqamlaradan bəhs edib, bir çox xatirələri dilləndirib. Həmçinin, dövrünün məşhur mədəniyyət və ictimai xadimləri ilə bağlı maraqlı əhvalatları da dilə gətirib. Onlardan biri də məşhue muğam bilicisi Nəriman Əliyev olub:

"Babam 109 yaşında dünyasını dəyişib. Nəriman Əliyev də onun nəvəsi idi. Nəriman muğamın sirlərini həm ondan, həm də məşhur Seyid Şuşinskidən öyrənmişdi. O, Seyidi Buzovnadakı evlərinə gətirmişdi. Xanəndə 10 il onların evlərində qaldı. Nəriman Əıliyev muğamı çox gözəl bilirdi. Çox təəssüf ki, oxumadı. Amma sənətin sirlərini çoxusuna öyrətdi. İndi gördüyünüz çox xanəndələr Nərimanın yolu ilə gedir. Əgər Nəriman Əliyev olmasaydı, indiki xanəndələrin çoxu da olmazdı. Gülyaz və Gülyanaq Məmmədova bacıları onun son tələbələri sırasındadır. Amma çox təəssüf olsun ki, bəzi tələbələr, muğamı ondan öyrəndiklərini demirlər".

K.Cəlilov Maestro Niyazi, Bəxtiyar Vahabzadə və başqa görkəmli şəxsiyyətlər barəsində maraqlı xatirələri də dilə gətirib. Moderator.az çox yaxında Xalq artisti ilə olan geniş müsahibəni oxuculara təqdim edəcək.

Paylaş: