68 yaşlı Alla makiyajsız fotosunu paylaşdı
Tarix: 9-02-2018, 11:44


Rusiyanın xalq artisti, 68 yaşlı məşhur müğənni Alla Pukaçova sosial şəbəkədə müzakirələrə səbəb olan foto paylaşıb. “Qafqazinfo” xəbər verir ki, “Primadonna” 1 milyonluq instaqram səhifəsində makiyajsız şəklini izləyiciləri ilə bölüşüb. 
Pukaçova onu belə görmək istəyən pərəstişkarlarına jest etmək qərarına gəlib.  O, paylaşıma maraqlı bir şərh yazıb:
“Çoxları məni makiyajsız görmək istəyir. Belə deyək, bəzəksiz! Sizin bu istəyinizi yerinə yetirirəm. Lakin unutmayın ki, apreldə mənim 69 yaşım tamam olacaq”.

 

Paylaş: