"Seks partisi"nin qanlı sonu: Gənc modelin çılpaq cəsədi tapıldı
Tarix: 9-02-2018, 10:02


19 yaşlı holland model İvana Smit binanın 20-ci mərtəbəsindən yıxılaraq ölüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, çılpaq halda cəsədi tapılan modelin gecəni zəngin ailənin evində keçirtdiyi və narkotik maddənin təsiri altında olduğu müəyyənləşib. İlkin araşdırmaya görə, gənc qız sərxoş olub.
Məlumata görə, İvana səhərə yaxın ABŞ-dan olan iş adamının evinə gəlib. Bundan bir neçə saat sonra qadının cansız bədəni aşkarlanıb. Onun bədənində müxtəlif zorakılıq əlamətlərinin də olduğu bildirilir.
Modelin evinə getdiyi iş adamı və onun həyat yoldaşı haqqında da bir sıra faktlar üzə çıxıb. Cütlüyün tez-tez gənc modelləri evə dəvət edərək seks partisi keçirtdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam edir.




Paylaş: