Bred Pitt qəza törətdi
Tarix: 8-02-2018, 18:20


Məşhur Hollivud aktyoru Bred Pitt Los-Ancelesdə yol-nəqliyyat hadisəsinə səbəb olub.
Modern.az-ın məlumatına görə, aktyorun idarə etdiyi “Tesla” avtomobili öndən gedən avtomobilə çırpılıb.
 
Ümumilikdə qəzada 3 avtomobil iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər avtomobillərin sürücüləri qarşılarında ulduz aktyoru görəndə təəccüblənib.
Qəzanın fəsadları ilə bağlı detalları müzakirə etdikdən sonra sürücülər hadisə yerini tərk edib.

Paylaş: