Tarkan ata olmaq istəyir
Tarix: 8-02-2018, 16:37


Məşhur türkiyəli cütlük Gülşen-Ozan Çolakoğlu ötən gün Bebekdə görüntülənib.
Cütlük həm jurnalistlərin suallarını cavablandırıb, həm də poza verib.
Meqa star Tarkanın aranjimanşısı, eyni zamanda yaxın dostu olan Çolakoğlu müğənninin artıq ata olmaq istədiyini bildirib:
“Tez-tez Azur Benanı görməyə gəlir. Mənə atalıqla bağlı suallar verir. Çox istəyir, amma təbii ki, asan qərar deyil. İnşaallah ən yaxın zamanda bu sevinci dadar”.



Paylaş: