Tolik müğənnilərin xeyirxah işləri barədə: “Verilişə 100 dəfə zəng vurur ki, adımı çəkmədilər”
Tarix: 8-02-2018, 11:53


Prodüser Tarix Əliyev “Xəzər” TV-də aparıcı olduğu “Hər Şey Daxil” verilişində tanınmış simaların etdikləri xeyir əməlləri reklam etmələrindən söz açıb:
“İndiki zəmanədə etdiyimiz yaxşılıqları deməliyik. Çünki sosial şəbəkələrdə evlərimizi, avtomobillərimizi görürlər və bizi qınayırlar. Deyirlər ki, imkanına bax, amma bir kasıba əl tutmur”.
Prodüser həmçinin  şou-biznesin bəzi simalarının iç üzünü də aşkara çıxarıb:
“Şou-biznes nümayəndələrinin yalandan efirə çıxıb özlərini mərhəmətli, əliaçıq göstəmələri, yaxşılıq edirəm və heç kimə bildirmirəm demələri var.
Amma müğənni var ki, 100 manat verir və verilişə 100 dəfə zəng vurur ki, adımı çəkmədilər”.
T.Əliyevlə birgə verilişi aparan əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva da prodüserin sözləri ilə razılaşaraq bunları deyib:
“Bir müğənni bu yaxınlarda zəng edib dedi ki, ehtiyacı olan bir uşağa 1000 manat pul gətirirəm. Mən də dedim ki, gətirsin, amma efirdə adını çəkməyəcəyəm. İfaçı pulu gətirib çıxarmadı. Hələ də onu axtarıram”.
Prime-Time

Paylaş: