Xoşqədəm Hidayətqızı Tolikdən danışdı: “Dili zəhərdir…”
Tarix: 8-02-2018, 11:15


“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişinin aparıcısı Tarix Əliyev bugünkü proqramını “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə birgə təqdim edir.
Əməkdar jurnalist X.Hidayətqızı prodüser Tarix Əliyevlə ilk tanışlığından söz açıb:
“Toliki necə tanıdım? Berlində Dünya Azərbaycanlılarının konfransı idi. Yuxarı mərtəbəyə qalxanda arıq, qıvrım saçlı biri qarşıma çıxdı. Mənə “Salam Xoşqədəm xanım, mən burada yaşayıram. Adım Tarix Əliyevdir” dedi. Onun necə fəal biri olduğunu həmin gün gördüm.
Bakıya qayıdanda isə adının Tolik olduğunu bildim. Deyəsən İlhamə xanımın yanında görmüşdüm. Dedim ki, sizi haradansa tanıyıram. Cavab verdi ki, Berlindən. Ona dedim ki, axı sən Tolik yox Tarix idin. Buraya gəldikdən sonra adını niyə dəyişdin?
Mən Toliki necə tanıdımışamsa elə də qalıb. Düzdür, dili zəhərdir, amma gecə neçədə zəng etsəm ki, belə bir iş var dərhal gələr. Ümumiyyətlə ürəyi təmiz insanlar emosional olurlar. Əgər bir insan çox qışqırıb bağırırsa, əmin olun ki, ondan sizə heç bir zərər gəlməyəcək. Əsas üzünüzə güləndən qorxun. Həmin adam təhlükəlidir”.
Prime-Time

Paylaş: