Müğənni həmkarı Elza Seyidcahanla ailə qurması xəbərindən danışdı
Tarix: 7-02-2018, 16:49


Son günlər mətbuatda Ülvi Qılınc və Elza Seyidcahanın ailə həyatı qurması ilə bağlı xəbərlər yayılıb. 

UlduzumSan.Az xəbər verir ki, məsələ ilə bağlı Xanim.az Ülvi Qılınc ilə əlaqə saxlayıb. Müğənni yayılan xəbərlərlə bağlı açıqlama verib. O, bildirib ki, sevmək cinayət işi deyil, həyatda hər şey ola bilər:

"Mən şəxsi həyatımla bağlı danışmağı çox da sevmirəm, istəmirəm ki, şəxsi həyatım müzakirə edilsin. O məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, sevmək cinayət deyil, həyatda hər şey ola bilər".

Hisslərinin qarşılıqlı olub olmaması sualına isə, Ülvi Qılınc qarşımdakı insan sevməyə də bilər, bu mənə maraqlı deyil, sevgi azaddır deyə bildirib.

VİDEO BURADA​​​

Paylaş: