Zəhərlənən Elza Seyidcahandan xəbər var
Tarix: 7-02-2018, 12:05


Deyilənlərə görə, əməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb. İfaçı zəhərlənib.
Sənətçinin hazırda səhhətinin necə olduğunu bilmək üçün əlaqə saxladıq.
UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən müğənni yaxşı olduğunu bildirdi: "Doğrudur, yediyim qidadan zəhərlənmişdim. Belə ki, evdə duzlu balıq yedim. Bu da mənə pis təsir etdi. Ardınca qatıq yeyərək, zəhərlənmənin qarşısını aldım. Hazırda yaxşıyam. Səhhətimdə heç bir problem yoxdur. Özümü yaxşı hiss edirəm. Hər kəsə də məsləhət görərdim ki, qida qəbul edərkən, çox diqqətli olun”.

Paylaş: