Qızı üçün 6 minlik tort hazırlatdı
Tarix: 7-02-2018, 11:48


Bahalı libasları ilə hər zaman diqqət mərkəzində olan müğənni Demet Akalın qızına doğum günü partisi keçirib.
Yenicag.az xəbər verir ki, qızı Hiranın 3 yaşını qeyd edən Demeti sənətçi dostları da yalnız buraxmayıb. Partidə müğənninin qızı üçün sifariş verdiyi tort da diqqətdən yayınmayıb. Tortun 6 min TL-yə (təxminən 2400 AZN) başa gəldiyi bildirilir.
Qeyd edək ki, ad günü şənliyində Seda Sayan, Ebru Destan, Işıl Recber, Fatih Ürek və digər məşhurlar iştirak edib.
Fatih Ürekin səbəbkara hədiyyəsi qızıl boyunbağı olub.




Paylaş: