Məşhur aktrisaya morqda təcavüz edildi
Tarix: 7-02-2018, 10:59


2008-ci ildə naməlum şəxs tərəfindən öldürülən rus aktrisa Oksana Aplekaevaya morqda təcavüz edilib.
İllərdir cinayətkarın tapılmaması səbəbi ilə cinayət işi bağlanmayan aktirsayla bağlı araşdırmalar davam etdirilir.
Ekspertiza rəyi nəticəsində aktrisanın ölümündən sonra dəfələrlə təcavüzə məruz qaldığı ortaya çıxıb. Polis gənc modelin qatilini tapa bilməsə də, morqda təcavüz edən şəxsin kimliyini müəyyən edə bilib.  Oksanaya 37 yaşlı Aleksandr adlı morq işçisi təcavüz edib. 12 ildir morqda çalışan Aleksandrın Oksanadan başqa heç bir meyitlə cinsi əlaqədə olmadığı bildirilib. Rusiya qanunlarında meyitlə cinsi əlaqəyə görə cinayət məsuliyyəti olmadığı üçün o, həbs edilməyib, lakin çalışdığı xəstəxanada işdən qovulub.
Məlumat üçün bildirək ki, Rusiyanın məşhur “Dom 2” realiti-şousu ilə məşhurlaşan O. Aplekaeva 2008-ci ildə yol kənarında ölü tapılıb.
Aktrisanın kim tərəfindən  nə səbəbə öldürüldüyü hələ də bilinmir. İstintaq zamanı polis gənc aktrisanın notbukundan əldə etdiyi məlumatlarda onun pul qarşılığında Rusiyanın məşhur iş adamları ilə cinsi əlaqədə olduğunu və onlarla qrup seks partiləri keçirdiyini müəyyən edib.




Paylaş: