Talıb Tale və Damla barışdı
Tarix: 6-02-2018, 15:17


Bugün “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində müğənni Damlanın doğum günü qeyd olunub.
Proqrama ifaçının sənət dostları da qatılıb. Onların sırasında Damlanın küsülü olduğu həmkarı Talıb Talıb Tale də olub.
Damla həmkarından inciməsinin səbəbini belə açıqlayıb:
“Konsertimin başlamasına 2-3 saat qalmış Talıb Moskvaya uçduğunu dedi. Növbəti dəfə isə oğlumun yeni il şənliyinə ərk edib dostlarımı çağırdım. Həmin vatx da Talıb gələ bilməyəcəyini bildirdi. Amma barışmaq üçün mənə mahnı yazıb”.
Aralarından küsülülüyün olduğunu təsdiqləyən Talıb günahın qismən özündə olduğunu bildirib:
“Düzdür mən tərəfdən bir az diqqətsizlik oldu. Damla da çox həssasdır və hər şeyə diqqət verir. Moskvada baş tutan konsertdən sonra şəkillər paylaşdım. Damla da mənə dedi ki, onunla olan fotoları niyə paylaşmıram. Daha sonra isə gördüm ki, instagramda məni izləmədən çıxarıb”.
Prime-Time

Paylaş: