Nadir Qafarzadənin qalmaqallı fikirlərinə reaksiya verildi: “Müğənninin konkret faktları varsa... “
Tarix: 5-02-2018, 16:02


Məlum olduğu kimi, ötən həftə müğənni Nadir Qafarzadənin sənətçilərin qadın alveri ilə məşğul olması haqda səsləndirdiyi fikirlər səs-küyə səbəb olub.
Müğənni “Yeni Müsavat”a açıqlamasında onlarla sənətçinin bu işlə məşğul olduğunu bildirib və hüquq-mühafizə orqanlarına çağırış edərək, bu işin araşdırlmasını tələb edib.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib: “Ölkədə mətbuat azadlığıdır. Hər bir vətəndaş öz fikrini tam sərbəst şəkildə ifadə edə, müəyyən məsələlər ilə bağlı təklif və tövsiyyələrini verə bilər. O ki, qaldı müğənninin dediyi fikirlərə, onun bu məsələ ilə bağlı konkret faktları varsa, DİN-nin “102” xidməti-zəng mərkəzinə, aidiyyatı orqanlara və yaxud DİN-nin İnsan Alverinə qarşı Baş İdarəsinə müraciət edə bilər. Bu zaman məsələ konkret şəkildə araşdırıla və hüquqi qiymət verilə bilər”.

Paylaş: