Ledi Qaqanın vəziyyəti ağırdır? - Konsertləri ləğv olundu
Tarix: 3-02-2018, 15:54


Hollivud ulduzu Ledi Qaqa bir sıra konsertlərini ləğv edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin güclü ağrılarının olmasıdır. Hollivud ulduzunun rəsmi Tvitter səhifəsində: “Təəssüf ki, Ledi Qaqa güclü ağrılardan əziyyət çəkir və bu, müğənninin canlı performansına təsir göstərir. Bu səbəbdən, o, bütün konsertləri təxirə salıb”, – sözləri yer alıb.
Qeyd edək ki, müğənni London, Mançester, Kopenhagen, Rio-de Janeyro və s. şəhərlərdə konsert proqramı ilə çıxış etməli olub.

Paylaş: