Seren Serengil həbsxanadan foto göndərdi
Tarix: 3-02-2018, 11:24


Gülbən Ərgənin əleyhində danışması məhkəmə tərəfindən qadağan edilən Seren Serengil qanuna tabe olmadığı üçün 3 günlük həbs cəzasına məhkum edilmişdi.
"Ölkə.Az"  xəbər verir ki, Serengil İstanbul məhkəməsinə gedərək təslim olub. Dünən səhər saatlarında Sereni Bakırköydəki qadın həbsxanasına göndəriblər.
Serengil vəkili Ersoy Akdemir vasitəsilə göndərdiyi ismarıcı İnstaqramda paylaşıb. Qaldığı kameranın rəsmini çəkən Serengilin ismarıcının altına "Seromuzdan xəbər var. Sero, vəkili Ersoy bəy vasitəsilə bizə ilk gününün yaxşı keçdiyini və yaxşı olduğu barədə mesaj göndərib. Seren bizə sevgilərini də yollayıb".




Paylaş: