Xoşqədəm Hidayətqızını döyüblər
Tarix: 2-02-2018, 16:50


Xoşqədəm Hidayətqızı "Səni axtarıram"da körpəsinə işgəncə verdiyi görüntülərlə ölkə gündəmini əsas mövzularından birinə çevrilən Könülün dərdinə yandığını bildirib.

Aparıcı Könülün qarşılaşdığı hazırkı durumla illər öncə özünün qarşılaşdığı etirafını edib:

"Onu orada döyüblər, söyüblər. Siz elə bilirsiniz ki, Xoşqədəm belə idi? Mənim 20 yaşıma qədər başıma vururdular. Əlimdə nə var alıb, yeyirdilər. Bunu etiraf etmək istəmirəm. Keçmişə qayıtmaq istəmirəm, keçmişi unuduram mən. Amma bunu həyatım boyu unutmayacam. Könülün yaşadıqlarını mən də görmüşəm. Mətbəxdə bir küncdə sığınmışdım. Başıma bir şillə vurdular ki, xoşun gəlir budur, xoşun gəlmir bu deyil. Mən onda heç nə etmədim, sadəcə ağlayırdım. Amma mənə indi baxın. Sizcə, məni indi vurmaq olar?! Düşdüyümüz vəziyyət, mühit bizi elə vəziyyətə gətirir ki, insan özü özünü tanımır".

mənbə: milli.az

Paylaş: