"Məcnunun başında quşlar yuva salıb" - Sevgiyə inanmayan Aşıq Telli
Tarix: 2-02-2018, 15:11


Bu gün "10-dan sonra" verilişində qonaq olan rəqqasə Fatimə sevgidən danışıb.
Milli.Az xəbər verir ki, Fatimənin "Sevgi çox gözəl hissdir. Elə insanlar var ki, ounu duymayıblar. Arzu edirəm ki, o insanlar onu dadsınlar" sözündən sonra aparıcı Yusif Ağayev rəqqasədən sağ əlini yanında əyləşən aşıq Tellinin başına çəkməsini istəyib.
Telli aparıcının istəyini birmənalı qarşılamayıb:
"Yusif, mən elə şeylərə inanmıram. O adam mənim sənətimi qəbul etməlidir. İndi o "Leyli-Məcnun", "Əsli-Kərəm" sevgisi də yoxdur. Bu sevgilər təxəyüldür, sadəcə. Sevdim, öldüm ... Mən belə şeylərə inanmıram. Məcnunun başında quşlar yuva salıb, filan. Elə şeylər yoxdur".

Paylaş: