“İlhamə Quliyeva üçün yasin oxumuşam” – Nazpəri Dostəliyeva
Tarix: 2-02-2018, 11:53


Xalq artisti Nazpəri Dostəliyeva mərhum xalq artisti İlhamə Quliyeva haqda danışıb.
“Xəzər” TV-də yayımlanan “Hər Şey daxil” verilişinə qonaq olan ifaçı bunları deyib:
“İlhamə Quliyeva 3 gün yuxuma girib. Öz dili ilə məndən halallıq istəyib. Bundan sonra səhər tezdən başıma örpəyimi örtüb İlhamə Quliyeva üçün yasin oxudum. Halal xoşu olsun.
Mənim ürəyim yumşaqdır. Bu xarakterimə görə hər zaman problem yaşayıram”.
Verilişin maraqlı məqamlarından biri isə verilişin aparıcısı prodüser Tarix Əliyevin xalq artistinə tac hədiyyə etməsi olub:
“Şou-biznesdə İlhamə Quliyevadan sonra tac üstündə heç kim dava apara bilmədi. Bunun üçün insanın gərək tac ağırlığında sənəti olsun”.
Prime-Time

Paylaş: