"Elçin danışıq qabiliyyətin yoxdursa sus və ancaq oxu"
Tarix: 1-02-2018, 15:40


Müğənni Elçin Hüseynovun verilişlərin birində “Oğlanlarımın müğənni ilə ailə qurmasına şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil” sözləri böyük səs-küyə səbəb olub.
UlduzumSan.Az bildirir ki, bu barədə açıqlama verən müğənni Nura Suri həmkarının qalmaqala səbəb olacaq fikirlərinə münasibət bildirib: “Mən başa düşmürəm ki, bir insan suala cavab verəndə niyə bunu düşünmədən edir? Biri var bunu təzə efirə gələn, təcrübəsi olan insan desin, biri də var bunu elə müğənni deyir ki, adam məəttəl qalır. Bu qədər ailəli müğənnilər var. İndi onların həyat yoldaşı bu müsahibəni görüb nə fikirləşəcək? Sabah Elçin onların üzünə necə baxacaq? Bunu necə demək olar? Belə çıxır ki, əgər mənim qızım varsa, çıxım deyim ki, kişi müğənniyə qız vermərəm. Sənətin insanlığa, əxlaqlı olmağa nə aiddiyyəti var? Bu, birmənalı şəkildə təhqirdir. Niyə almarsan ki? Əxlaqında problem var? Səni nə vadar edir ki, bu sözü deyəsən? Lap sənə bu sualı veriblər de ki, cavab vermirəm. Uşağım böyüyər, baxarıq. Müğənnilik sənətini gözdən salmağa sizi nə vadar edir? Necə olur ki, bir-iki nəfər baxıb, bu qədər insanın sənətinə, ailəsinə təhqiramiz söz deyə bilirsiniz? Bu gün biri deyir rəqqasə almıram, indi də Elçin. Fikirləşmir ki, sabah başqa söhbətlər ola bilər. Kiminsə həyat yoldaşı gəlib kəsər qabağını, onda həmin adama nə cavab verər? Deyər ki, mənim həyat yoldaşım müğənnidir, sən nə demək istəyirdin? Bu nə sualdır axı verilir ki, belə də cavab verilsin? Kiminsə danışıq qabiliyyəti yoxdursa, ancaq oxusun. Əks halda düşünüb danışsın.
Xanım müğənni həm ana, həm bacıdır. Siz xanım müğənninin əxlaqına söz deyəndə bir növ bütün insanları, onların ailəsini təhqir etmiş olursunuz. Biz hansı əsrdə yaşayırıq ki, hələ durub müğənninin geyimini də müzakirə edirlər. Bu dəqiqə şəhərdə adi insanların geyimi müğənnilərdən betərdir. Hər dəfə deyirəm yenə də mənə təkrarladırlar. Siz özünüzdə bu cürəti haradan tapırsınız? Kişilər var status yazırlar ki, filan müğənninin geyimi belədir, elədir. Səsindən xoşun gəlmir qulaq asma, niyə təhqir edirsiniz ki?”

Paylaş: