"Metroseksual deyiləm" - Soyunmaqla gündəmə gündəmə gələn ATV aparıcısı
Tarix: 1-02-2018, 12:13


"Komanda ilə enerjimiz tutmadı. O verilişdə aparıcılıq etməyə başlayandan mənə qarşı gözləmədiyim münasibət var idi".

UlduzumSan.Az xəbər verir ki, bu sözləri xanim.az-a açıqlamasında "5-ci element" verilişinin keçmiş aparıcısı Fariz İlyasov açıqlayıb:

"Yəqin tamaşaçılarda efirdən baxanda hiss edirdilər ki, kollektivin mənə münasibətini və ayrı seçkiliyini. Bu belə davam edə bilməzdi. İndi düşünürəm ki, onlar tam istədiklərinə nail olublar. İstədikləri kimi komanda qurublar.

Mən indi həm aktyor kimi, həm də müğənni kimi fəaliyyətimə davam edirəm. Musiqi təhsili almışam, lakin ailəm o zamanlar müğənni olmağıma icazə vermirdi:

"Mən heç baxımlı biri deyiləm və yalnız idmana vaxt ayırıram. Mən nə metroseksual deyiləm, nə gözlərim linzadır, nə də ki, saçımı boyatmışam. Çox tez tez mənə bununla bağlı suallar verirlər, ya yazıb qınayırlar. Bu cür reaksiyalar mənə çox qəribə gəlir. Xanım fanatlarım mənə yazanda fərəhlənirəm. Hətta ürəyimə yatan fanat xanımlardan biri ilə ailə həyatı da qura bilərəm".

Paylaş: