Aygün Kazımovanın konsertinin biletlərinin qiyməti bəlli oldu
Tarix: 3-07-2017, 10:02



Xalq artisti, pop diva Aygün Kazımovanın "Crystal Hall" konsertinin biletlerinin qiyməti bəlli oldu.

 

Ulduzumsan.Az xəbər verir ki, xalq artisti Aygün Kazımova bu yay tətilini ölkədə keçirərək, istirahətə vaxt ayırmadan hər gün konsertinin məşqlərinə davam edir. Pop diva Aygün Kazımova xeyli müddətdir hazırlaşdığdan  sonra sentyabrın 22-si saat 20:00-da Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da  baş tutacaqkonsertdə  yeni və sevilən mahnılarını ifa edəcək. Aygün Kazımova ilə birlikdə səhnədə peşəkar rəqqaslar öz performansını nümayiş etdirəcək. Biletlərin qiyməti isə hər kəsi nəzərə alaraq müəyyənləşdirilib. 
Beləki, konserti izləmək istəyənlər şəhərin bütün kassalarından biletləri 10-100 AZN arası əldə edə bilərlər. 




Paylaş: