Boşandığı deyilən Xatirə ad gününü də tək qeyd edibmiş...
Tarix: 30-01-2018, 12:09


Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddindən ayrılması xəbəri yayılıb. 
UlduzumSan.Az-ın məlumatına görə, bir neçə xəbər saytları cütlüyün bir neçə ay öncə ayrıldıqlarını qeyd ediblər.
Ötən gün verilişlərin birində ifaçıya jurnalistin "Həyat yoldaşınız geyimlərinizə qarışır?" sualına "Özümə aid olan suallara cavab verirəm, bura başqa adamları qarışdırmayaq" cavabını verməsi Xatirənin əri ilə ayrılma xəbərini yenidən gündəmə gətirib.
Bundan başqa sənətçinin Fəxrəddinlə oktyabr ayından şəkil paylaşmaması da diqqətdən yayınmayıb.
Hətta dünən gecə ad günü olan Xatirə özəl gününü övladı ilə birgə qeyd edib. Sənətçinin yanında həyat yoldaşının olmaması iddianı bir daha təsdiqləyib.
Qeyd edək ki, cütlük 11 iyun 2012-ci il tarixində evlənmişdi. Onların Emil adlı bir oğlu var.

Paylaş: