“O səs”də ən çox səs yığan Ayla oldu
Tarix: 29-01-2018, 09:49


Türkiyənin məşhur “O səs” yarışmasının növbəti buraxılışı baş tutub. “Qafqazinfo” xəbər verir ki, azərbaycanlı iştirakçı Ayla Ray çarpaz duellər mərhələsində Yasir Miylə qarşılaşıb. 
Həmyertlimiz “One night only” mahnısını ifa edib. Bu mərhələdə zalda əyləşən tamaşaçılar səsverməyə başlayıb. 
A.Ray 52 faiz səs toplayaraq yarışmada davam etmək hüququ əldə edib. O, göz yaşlarına hakim ola bilməyib. 



Paylaş: