Özcan Denizin evlilik hazırlığı edərkən oteldə yaxalandığı - Keçmiş sevgilisi DANIŞDI
Tarix: 26-01-2018, 10:41


Özcan Deniz 1.5 ildir ki, eşq yaşadığı hamilə sevgilisi Feyza Aktan ilə nikah masasına oturmağa hazırlaşır.
GoldNews.Az xəbər verir ki, toy hazırlığında olan cütlüyün arası dəyib. İddialara görə, Özcan Deniz Feyza Aktanı keçmiş sevgilisi Buse Narcı ilə aldadıb. 22 yanvarda bir oteldə görüntülənən ikili kameralara yaxalanıb.





Başverənlərlə bağlı Buse Narcı bu açıqlamanı verib: "Onu bir ildir ki, görmürəm və oyananda onunla özümü eyni kadrda görmək məni təəccübləndirdi. Bu şəkildə anılmaq məni üzdü. Nəticədə ortada hamilə bir qadın var, özümü onun yerinə qoyuram. Ortada əsli astarı olmayan bir xəbər var və kim bilir ki, o indi hansı vəziyyətdədir".


 



"Ora 10 min nəfərlik bir yerdir, tam olaraq haradır anlamadım. Hər kəs hər yerdə ola bilər, ya da eyni alış-veriş mərkəzində. O binada kimlərin yaşadığını, kimlərin girib-çıxdığını bilmirəm. Deməli, keçmişdə çəkilən kadrları gördükləri üçün belə çirkin yaraşdırma ediblər. Onunla dost olaraq belə görüşmürük. Telefonda belə danışmırıq. "

Paylaş: