"Əcnəbi vətəndaşla ailə quranda deyirlər ki, həmin toy qurmadır"
Tarix: 1-07-2017, 11:49



Aparıcı İlahə Nizamiqızı şou-biznes nümayəndələri haqda xoşagəlməyən sözlər danışan insanlardan söz açıb. Ulduzumsan.Az bildirir ki, bu haqda açıqlama verən aparıcı maraqlı məqamlara toxunub: "İncəsənət ailəmində olmayan bəzi insanlar məndə çox qıcıq yaradır. Çünki lazımlı, lazımsız sözlər danışırlar. Belə ki, yerli müğənnilərimizdən və aparıcılarımızdan kimsə əcnəbi vətəndaşla ailə quranda deyirlər ki, həmin toy qurmadır. Ailə quran məşhur 1 aydan sonra boşanacaq. Amma heç nə elə bir vəziyyət yoxdur. Belə ki, sözügedən cütlük sevərək, ailə qurur. Dedi-qodu yaradan insanlara səslənmək istəyirəm ki, heç kimin şəxsi məsələsinə müdaxilə etməyin. Kim necə istəyir elə də yaşayır".

Paylaş: