"5 də 5"də müğənninin qısa geyiminə görə Zauru qınadılar
Tarix: 25-01-2018, 09:57


Ötən gün Xəzər TV-də yayımlanan "5 də 5" verilişinin qonaqlarından biri müğənni Cəmalə olub.
GoldNews.az xəbər verir ki, müğənnin həddindən artıq  qısa geyinməsi izləyicilərin narazılığına səbəb olub. Onlar öz narazılıqlarını aparıcı Zaur Kamalın şəxsi İnstagram hesabında bildiriblər. Zaur Kamalın verilişdə müğənnilərlə birlikdə çəkdirdiyi fotonun altına tənqidi şərhlər yazan istifadəçilər aparıcıya qonağının geyiminə görə etiraz ediblər.
Qeyd edək ki, Zaur Kamal verilişə sonuncu qatılan gənc müğənnini efirə dəvət edib və xanım müğənni səhnəyə çıxdıqda, onun geyimi sözün əsl mənasında görənləri şoka salıb. Belə ki, müğənninin efirə yaraşmayan, biabırçı vəziyyətdə olan qısa geyiminə aparıcı da öz iradını bildirib. 


[media=https://bax.tv/player/12433.html]

VİDEO BURADA​​​

Paylaş: