Çelik 27 il sonra etiraf etdi: "Konsertimə gələn qıza aşiq olmuşdum"
Tarix: 23-01-2018, 17:48


Türkiyənin sevilən müğənnisi Çelik 27 il sonra sevgi barədə etiraf edib.
"Ölkə.Az" xəbər verir ki, 1991-ci ildə Ercan və İzel ilə mahnı oxuyan Çelik konsertdə bir pərəstişkarına aşiq olduğunu və onun üçün mahnı yazdığını da etiraf edib.
Çelik bu məlumatı sosial şəbəkədə paylaşıb: "1991-ci ildə Ankarada aşiq olduğum qıza mahnı bəstələdim. O qız isə ötən şənbə günü konsertdə qarşıma çıxdı. Ankaradan qayıdanda İzel və Ercanla birlikdə məni dəmir yolu vağzalından yola salmışdı. Onu bir dəfə gördüm və mahnı bəstələdim. "Ateşteyim" albomuna daxil etdim bu mahnını. Qız isə mahnını ona bəstələdiyimi konsertdən sonra bildi. 27 il sonra..."

Paylaş: