Məşhur model öz virtual pul vahidini çıxardı
Tarix: 23-01-2018, 17:23


Məşhur rusiyalı supermodel Natalya Vodyanova xeyriyyə təşkilatlarına ianə üçün “Lovecoins” adlı virtual pul vahidi çıxarıb.
Model və aktivist N.Vodyanovanın yaratdığı mobil telefonu tətbiqi “Elbi” ilə xeyriyyə təşkilatlarına bağışlanmaq üçün “Lovecoins” adlı pulları almaq mümkün olacaq.
Daha sonra həmin pullardan “Givenchy”, “Dior”, “Fendi” və ya “Christian Louboutin” kimi məşhur markaların məhsullarını almaq üçün istifadə ediləcək.
Məsələ ilə bağlı açıqlama verən Vodyanova, “Elbi” tətbiqinin istifadəçilərin ehtiyac sahiblərinə yardım göstərməsinə kömək edəcəyini bildirib.
Hazırda tətbiqdən Rusiya, Kanada və Hindistandakı Android sistemlərində istifadə etmək mümkündür.
Prime-Time



Paylaş: