Fatimə Xatunla dalaşdı, qardaşını işdən çıxardı
Tarix: 23-01-2018, 16:00


Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal yaşanıb.
UlduzumSan.Az-ın məlumatına görə, Xatun Fatimənin onun ideyasını oğurladığını deyib. Müğənni Yeni ildə etdirdiyi fotosessiyanın eynisini rəqqasənin də etməsindən gileylənib.
Xatunun bu addımı Fatimənin salonunda çalışan stilist qardaşı Balaşın başında çatlayıb. Belə ki, Fatimə Balaşı işdən çıxarıb.
Rəqqasə verilişlərin birində bildirib ki, artıq Xatunla dostluqları bitib və düşmənə çevriliblər: “Xatunla əvvəl aramızda soyuqluq var idi, sonra barışdıq. Sonra Balaşı salonuma dəvət etdim. Balaşa hörmət etmişəm, həmişə də edəcəm. Amma artıq mənimlə çalışmır. Necə mənimlə çalışa bilər ki? Xatunla dost olmuşuq, amma indi deyilik”.

Paylaş: