Röyanın vəkili: “Qarşı tərəf məhkəməyə qatılmadı…”
Tarix: 23-01-2018, 15:08


Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı şərəf və ləyaqətinin təqhir olunması iddiası üzrə məhkəmə prosesi baş tutub.
Əməkdar artistin vəkili Vamiq Şükürov əməkdaşımızla söhbəti zamanı məsələ ilə bağlı bunları deyib:
“Bu gün Röya xanımın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı  iddia üzrə məhkəmə prosesi keçirildi. Bu hazırlıq iclası idi və texniki məsələlər həll olunurdu. Məsələyə mahiyyətcə baxılmırdı. Yəni işə məhkəmənin həqiqətən baxıb, baxmayacağı müəyyənləşdirilirdi. Hakimin qərarına görə məsələ məhkəmədə həll olunacaq. Növbəti prosesin baş tutacağı tarixi tezliklə açıqlayacağıq”.
V.Şükürov qarşı tərəfin məhkəməyə qatılmayacağı təqdirdə hansı addımın atılacağına da aydınlıq gətirib:
“Bildiyiniz kimi, qarşı tərəf olan Aygün Bəylər və nümayəndəsi bu günkü iclasa qatılmadı. Əgər bu gələcək proseslərdə də təkrarlanarsa yəqin ki, məhkəmə iclası qarşı tərəf olmadan keçiriləcək”.
Prime-Time

Paylaş: