“Şaban”ın oğlu Nazlı Qurbanzadə ilə evlənir
Tarix: 23-01-2018, 10:56


Əfsanəvi türk aktyor Kemal Sunalın (Şaban) oğlu Ali Sunal ikinci dəfə evlənir.
Ailem.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1 dəfə ailəli olub ayrılan aktyor hazırda nişanlıdır. O, nişanlısı, vəkil Nazlı Qurbanzadə ilə nikah masasına oturmağa hazırlaşır.
Qeyd edək ki, Ali Sunal 2011-ci ildə Gökçe Bahadır ilə ailə qurub, 2012-ci ildə boşanıb. O, ötən gün Nazlı Qurbanzadə ilə nişanlanıb. İkili yayda toy edəcək.




Paylaş: