Bu dəfə Mirkamil “evlilik oyunu” oynadı - “Bir ingilisim çatmırdı”
Tarix: 22-01-2018, 15:02


“Xalq ullduzu” yarışması ilə məşhurlaşan Mirkamil Kamilov hər kəsi təəccünləndirəcək bir addım atıb. “Qafqazinfo” xəbər verir ki, müğənni bu gün “10-dan sonra” verilişində iki həftə əvvəl evlənməyi barədə verdiyi açıqlamanı təkzib edib. 
O, ARB-də yayımlanan “Səhər-Səhər” verilişində aparıcı Elgiz Əkbərin elan etdiyi gizli toy xəbərinin yalan olduğunu bildirib:
“Elgiz birdən-birə dedi ki, Mirkamil xaricdə evlənib. Mən də elə obraz oynadım ki, Elgiz özü də inandı, Əli (red: Əli Mirəliyev) müəllim də inandı. Orada hər kəs inandı. Evdən mənə zəng ediblər ki, “Bala, bizə niyə deməmisən?!” Yəni hamı inanıb. Ona görə belə etdim ki, yəni baxın, verilişin gedişatında elə etmək olar ki, insana psixoloji təsir edər....
Elgiz hətta, verilişin axırında mənə dedi ki, mən özüm inandım. Amma elə bir şey yoxdur. Bir ingilisim çatmırdı mənim. Hələ ki, evlənmək barədə düşünmürəm. Qəlbimdə ailə qurmağa namizəd var”.

Paylaş: