Nazilə Səfərli ilə Sevda Sanaliyeva arasında qalmaqal. “Onu tamada kimi tanıyıram””
Tarix: 22-01-2018, 12:48



Bu gün “Xəzər” TV-də prodüser Tarix Əliyev və müğənnilər Sevil-Sevinc Səfərovaların aparıcılığı ilə yayımlanan “Hər şey daxil” verilişində qalmaqal yaşanıb.
Belə ki, verilişin qonağı son zamanlar qayınanası ilə aralarında olan söz-söhbətlə gündəmə gələn müğənni Sevda Sanaliyeva olub.
Verilişdə ifaçının sənət yoldaşları məsələyə münasibət bildirib. Onların sırasında şairə Nazilə Səfərli də olub.
O, gəlin-qayınana münasibətlərinə belə aydınlıq gətirib:
“22 il qayınana ilə birlikdə yaşayan biri kimi deyə bilərəm ki, ən böyük güzəşti qayınana etməlidir. Mən bu məsələləri gecələr yatmayıb dərindən fikirləşmişəm. Bunlar nəyi bölə bilmirlər? Əgər oğlun varsa deməli, onu əsgər yollamalısan sağ-salamat gələndən sonra bir qıza verməlisən. O sənin deyil.
Qaynana kimdir? Bu adı qazanana kimi bir çox şeylərdən keçmiş biri. Gəlin isə həyatda heç bir uğura imza atmamaış məsum biridir”.
N.Səfərli Sevda Sanaliyevanı müğənni kimi tanımadığını deyib:
“Azərbaycanda yetərincə yüksək səviyyəli müğənnilər olduğu üçün mən onu rəqqasə kimi tanıyıram”.
Daha sonra telefon bağlantısı ilə canlı yayıma qatılan şairə sözlərinə belə davam edib:
“Əgər bir insan ömrü boyunca 5 dəfə sənət dəyişirsə, onun bütün hobbilərini ağlımda saxlaya bilmərəm. O yaddaşımda rəqqasə kimi qalıb. Burada nə var ki?
Görəsən Sevda xanım özünü doğrudan keyfiyyətli ifaçı sayır?”
Haqqında deyilən sözlərə cavab verən S.Sanalıyeva Nazilə Səfərlini tamada kimi tanıdığını bildirib:
“Danışan kimdir? Bildiyim qədəri ilə Nazilə xanım tamadadır. Sizi o sahə üzrə tanıdığım üçün şeirləriniz barədə indi eşitdim. İşlərinizdə uğurlar arzu edirəm”.
Qalmaqalla bağlı Nazilə Səfərli ilə əlaqə saxladıq. Şairə məsələyə belə aydınlıq gətirdi:
“Düşünürəm ki, mövzu bu qədər qabarmamalıydı. Sadəcə mənə Sevdanın qayınanası ilə yola getmədiyi deyildi. Soruşdüm ki, hansı Sevda? Rəqqasə? Dedilər ki, bəli, keçmişdə rəqqasə də olub.
Qaldı ki, məni şairə kimi tanımamasına bunun üçün insan ən azından ədəbiyyatı bilməlidir. Mən deyim indi? Efirə çıxıb nümayiş etdirərəm. Mən daldan atıb gizlənənlərdən deyiləm. Bu söz savaşı deyil, oyuncaqdır.
Mən dahi şairlərimiz olan yerdə özümü şairə adlandırmaram. Sənətə qiymət verən insan da handa bir müğənnilərin arasında özünü müğənni adlandırmasın”.
Şairə özünü Sevda Sanalıyeva ilə reklam etməsinə də münasibət bildirib:
“Mən özümü Sevda ilə reklam etmirəm. Əksinə mənə xəbər gəldi ki, Sevda Sanalıyeva “Raskrutka”ya girib. Ona dəstək olmaq lazımdır.
Qalmaq istəyirdi,bu da oldu. O mənə təşəkkür etməlidir”.
Prime-Time

Paylaş: