“Ufak tefek cinayetler” serialının izləyicilərinə BƏD XƏBƏR
Tarix: 22-01-2018, 10:33


Azərbaycanda da maraqla izlənən “Ufak tefek cinayetler” serialının çəkilişləri dayandırıla bilər.
Publika.az Türkiyə mətbutına istinadən xəbər verir ki, Radio və Televiziya Şurası sözügedən ekran işini böyük miqdarda cərimələyib. Səbəb kimi ssenarinin ailə dəyərlərinə zərər verməsi göstərilib. İddialara görə tamaşaçılar baş qəhrəmanlar Serhan ilə Oyanın yasaq münasibətlərini şikayət edərək serialın bağlamasnı tələb edib.
Bu barədə serialın rəsmi feysbuk səhifəsində məlumat verilib: “Bu şikayətlər davam edərsə, serialımız yayından qaldırıla bilər. Əgər serialın davam etməsini istəyirsinizsə, reaksiya göstərin!”





Paylaş: