Şou-biznes əhli belə istirahət edir - FOTOLENT
Tarix: 30-06-2017, 16:04


Şou-biznes əhli istirahət mövsümünü səmərəli istifadə etməyə çalışır. Lent.az istirahətə yollanan müğənnilərin siyahısını təqdim edir:
 
Xalq artisti Aygün Kazımova istirahət üçün Bodrumu seçib. İfaçı bir neçə gün olar ki, Bakıya qayıdıb.



 

Müğənni Nadir Qafarzadə istirahət mövsümü başlanandan İstanbulda dincəlir. İfaçı ötən gün Bakıya qayıdıb: “Şou-biznesin səs-küyündən, dedi-qodusundan uzaqlaşıb, bir az dincəldim”.



 

Aparıcı Vüsalə Əlizadə qızı Diləklə İsmayıllı rayonunda dincəlib.



 

Müğənni Nazənin isə "həm ziyarət, həm ticarət" deyib Lerikdə dincəlib. İfaçı Lerikdə yerləşən istirahət məkanlarının birində konsert verib, konsertdən sonra isə əməkdar artist Nüşabə Ələsgərli ilə həmin məkanda istirahət edib: “Bu il çox istirahət edə bilməyəcəm. Çünki bütün yay boyu “Dostlar” verilişim yayımlanacaq. Vaxt tapdıqca, 2-3 günlük olsa da, vətənimizin gözəl bölgələrinə gedəcəm”.



 

Müğənni Zamiq Hüseynov da Türkiyədə istirahət edir.



 

Rəqqasə Fatimə Fətəliyeva isə istirahət üçün Şüvəlandakı bağ evinə gedib: “Hara istirahətə gedirəmsə, doğma evimin ləzzətini vermir. Həm də bu il istirahətə elə də çox vaxtım olmayacaq. Ona görə də bağımda dincəlirəm”.



 

Müğənni Ayaz Qasımov isə istirahət mövsümü başlanandan Türkiyəyə gedib. İfaçı istirahət zamanı çəkilmiş şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşır.



 

Aparıcı Zümrüd Qasımova istirahət üçün Moskvanı seçib.




Paylaş: