Gənc müğənni 20 Yanvar şəhidlərinə mahnı həsr etdi
Tarix: 18-01-2018, 17:37


Gənc müğənni Fidan Nağıyeva 20 Yanvar şəhidlərinə həsr etdiyi “Ağla, qərənfilim”adlı yeni mahnısını təqdim edib.
Musavat.com xəbər verir ki, ifaçı bildirib ki, mahnı şəhidlərin əziz xatirəsinə həsr olunub: “Ağla, qərənfilim” mahnısının sözləri və musiqisi hörmətli ziyalımız Səid Həsənzadəyə məxsusdur. Aranjeman  Qələndər Çinoyevindir. Hər birimizin borcudur ki, şəhidlərin ruhunu şad etsin. Azərbaycan xalqı çox çətinlikdən keçib, dəhşətli hadisələr başımıza gəlib. Amma heç vaxt sınmamışıq, başı dik, ayaqda qalmışıq. İnanıram ki, yaxın günlərdə torpaqlarımız da qayıdacaq, xalqımız sevinəcək, şəhidlərimiz rahat uyuyacaq”.



Paylaş: