"Payızda doğuldu, payızda da ölməlidir" - Baloğlan Əşrəfov
Tarix: 18-01-2018, 15:55


Baxır mahnıya, baxır müğənninin fəaliyyətinə. Elə adam var 10 dənə mahnı da təqdim eləsə, 10-u bir qəpiyə dəymir. Ancaq elə müğənnilər də var ki, bir-iki mahnı çıxarır və həmin ifa tamaşaçılar tərəfindən sevilir. Bu gün mahnı hazırlamaq asan deyil.

BiG.AZ xəbər veir ki, bu sözləri "ARB Ulduz"un "Virtual həyat" proqramına açıqlaması zamanı əməkdar artist Baloğlan Əşrəfov deyib.

Sənətçi müğənnilər arasında mövsüm mahnısı ifadəsi haqda söz açdı:

"Mahnının mövsüm mahnısı olmasının heç bir əhəmiyyəti yoxdur. İndi siz deyirsiz ki, mövsüm mahnısı payızda doğuldu, payızda da ölməlidir? Yox, elə şey ola bilməz. Mahnı ümumbəşəri olmalıdır, həmin mahnıya yaya da, qışda da ehtiyac olmalıdır. Mahnının sözləri güclü olanda 12 aya da aid olur".

Geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Paylaş: