Adnan Oktar yeniyetmə qızları qurbana çevirir
Tarix: 18-01-2018, 09:42


Türkiyədə İslam dinini təbliğ etdiyini söylən, amma əslində televiziyada əxlaqsız şoular təşkil edən Adnan Oktarla bağlı maraqlı məqamlar üzə çıxıb. Belə ki, Adnan Oktarın şoularına cəlb etdiyi xanımlar arasında yeniyetmə qızların olması məlum olub.

FaktXəbər-in "DHA"ya istinadən verdiyi məlumata görə, Avstriyanın paytaxtı Vyanada yaşayan 44 yaşlı Elvan Koçak adlı şəxs yeniyetmə qızlarının şouda qurbana çevrildiyini irəli sürüb. Valideyn bildirib ki, 18 yaşından kiçik olan əkiz qızları hotellərin birində saxlanılır.

Qeyd edək ki, Elvan Koçak 7 il əvvəl ayrıldığı həyat yoldaşı ilə qızlarından uzun müddət xəbər ala bilməyib. Bu həftə qohumlarından biri ona qızlarının Adnan Oktarın şousunda iştirak etdiyini deyib. Mövcud durumla bağlı Avstriyanın Jugendamt (Gənclik İdarəsi) və prokurorluğuna şikayət ərizəsi ilə müraciət olunub.

"Qızlarım Vyanada yaxşı təhsil alırdılar. Onlar məktəbda əlaçı olurdu. Təhsillərini yarıda qoyaraq Adnan Oktar tərəfindən yeri bəlli olmayan bir hoteldə saxlandıqlarını eşitmişəm. Qızlarımdan yalnız biri məktublarıma cavab verir. O mesajları da qızımın yazdığına inanmıram. Çünki onun yazdıqları ilə qızımın türkcə yazı tərzi uyğun gəlmir",-deyə Adnan Oktarla bağlı prokurorluğa müraciət edən valideyn bildirib.






Paylaş: