Niyam Salaminin Azərbaycandan getməsinin səbəbi bəlli oldu
Tarix: 17-01-2018, 12:04



Bir müddət öncə müğənni Niyam Salaminin Azərbaycanı tərk edərək Türkiyədə iş quracağı barədə məlumat vermişdik.
İfaçının ölkəni tərketmə səbəbi bəlli olub.
Belə ki, müğənnilikdən əlavə restoran biznesində də peşəkar olan Niyam Salami Türkiyənin ən səfalı və kurort şəhəri hesab olunan Bodrumda şəxsi restoranı açıb.
N.Salami Azəbaycan mətbəxini Türkiyədə sevdirmək və tanıtmaq iddiası ilə bu addımı atdığını bildirib.
Onu da qeyd edək ki, Niyam Türkiyədə açdığı restoranda səhnə alacaq.
Göstərəcəyi maraqlı performanslar, şou və ifa edəcəyi azərbaycan, türk və xarici mahnılarla nəinki türk millətini, Bodrumdakı turistlərə də özünü sevdirmək iddiasındadır.
Salami yeni planları haqda bunları deyib: “Bu işə tək yox, sınaqdan keçmiş dostum, həmkarım Samir Piriyevlə başlamışam.
Restoranı ikimiz bir yerdə idarə edəcəyik. İkimiz də öz restoranımızda səhnə alacağıq. İfalarımızla ordakı insanları feyziyab etmək istəyirik.
Artıq xüsusi repertuar da hazırlamışıq. İnşallah, işbirliyimiz, biznesimiz uğurlu olar. Çünki bu biznes birbaşa sənətimizlə əlaqəlidir. Bütün həmkarlarımızı da Bodruma dəvət edirik. Həm istirahət edərlər, həm də səhnə alarlar”.
Prime-Time

Paylaş: