“Bəxt üzüyü 2” filminin yayım tarixi bəlli oldu
Tarix: 16-01-2018, 10:55


Xəbər verdiyimiz kimi, “Bəxt üzüyü” filminin davamı çəkilib.

“Planet Parni iz Baku” komandasının ərsəyə gətirdiyi ekran işində baş rolları xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Bəhram Bağırzadə, Tahir İmanov, Cabir İmanov, aktrisa Firəngiz Rəhimbəyova, aparıcı Fariz İlyasov canlandırıb.  Film 1 fevral tarixindən bütün kinoteatrlarda yayımlanacaq.
Məlumat üçün bildirək ki, yaxın günlərdə “Bəxt üzüyü 2” filmi ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, filmin ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev və Mütəllim Həsənovdur.
Prime-Time





Paylaş: