Elçin Cəfərov ata oldu
Tarix: 30-06-2017, 09:56


Müğənni Elçin Cəfərov ata olub. Ulduzumsan.Az xəbər verir ki, bu barədə sənətçinin özü instaqramda məlumat verib. Cəfərovun oğlu dünyaya gəlib. 
Elçin xəstəxanadan foto paylaşaraq  “Allahıma çox şükürlər olsun. Xoş gəldin, canım oğlum. Allah hər kəsə övlad payı qismət eləsin”- şərhini yazıb. 
Qeyd edək ki, Elçin və Aydan cütlüyü ötən ilin aprelində ailə qurub. Aydan keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızıdır.

 




Paylaş: