"Mənim bütün həyatım məhv oldu"
Tarix: 16-01-2018, 08:29



Amerikalı aktrisa Şeron Stoun 2001-ci ildə beyninə qan sızmasından danışıb.
UlduzumSan.Az xəbər verir ki, aktrisanın sözlərinə görə, həkimlər həmin vaxt onun yaşama şansını 5 faiz qiymətləndiriblər.
Şeron Stoun bildirib ki, bu onun peşəkar keyfiyyətinə təsir göstərib və o, uzun müddət kinoda rol ala bilməyib.
"Mənim bütün həyatım məhv oldu", — deyə CBS telekanalı Stounun sözlərini sitat gətirib.
Aktrisa telekanala müsahibəsində işinə qayıtmağa hazır olduğunu və bunun hazırda onun üçün əsas məqsəd olduğunu deyib.
Stoun aktyor karyerasına 1980-ci ildə başlayıb. O, "Kazino", "Əsas instinkt", "Pişik qadın", "Qırılmış güllər", "Yonqar" və s. kimi tanınmış filmlərdə rol alıb.

Paylaş: