"The Cranberries" rok qrupunun keçmiş vokalçısı vəfat edib
Tarix: 16-01-2018, 08:27


İrlandiyanın "The Cranberries" rok qrupunun solisti Dolores O'Riordan 46 yaşında vəfat edib.
UlduzumSan.Az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
İfaçının nümayəndəsinin sözlərinə görə, Dolores O'Riordan səs yazısı sessiyası üçün Londonda olub. Hadisənin başqa təfərrüatları məlum deyil.
O'Riordan "Cranberries" kollektivinə 1990-cı ildə 18 yaşında ikən qoşulub və qrupun vokalçısı və simasına çevrilib. O, 2003-cü ildən solo karyeraya başlayıb.

Paylaş: